Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2020 10:50
Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliçin müqaviləsi uzadılıb.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb. 53 yaşlı mütəxəssisin yeni sözləşməsi 2022-ci ilin sonuna qədərdir.
Qeyd edək ki, Daliç 2017-ci ilin oktyabrından Xorvatiya millisini çalışdırır. Komanda onun rəhbərliyi ilə DÇ-2018-in gümüş mükafatçısı olub.