Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Yüksəliş” gənclər siyasətinin şəffaf imtahanı kimi qiymətləndirilir

“Yüksəliş” gənclər siyasətinin şəffaf  imtahanı kimi qiymətləndirilir

Tarix: 24 Iyul 2020 13:24

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycan Prezidentinin 26 iyul 2019-cu il tarixli, 1254 saylı Sərəncamına əsasən, təsis edilmiş “Yüksəliş” müsabiqəsində iştirakçılar üçün qoyulan yaş məhdudiyyəti digər müsabiqələrdən çox fərqlənir. Belə ki, “Yüksəliş”ə qatılmaq istəyənlər üçün daha böyük intervalda olan yaş məhdudiyyəti qoyulub.

Ali təhsilli, Azərbaycan vətəndaşı, ən azı 2 il idarəçilik təcrübəsinin olması tələb edilən iştirakçıların “Yüksəliş”ə qatılması üçün vacib olan şərtlərdən biri də müsabiqənin qeydiyyat mərhələsi bitənədək yaşının 21–51 arasında olmasıdır.

“Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsində iştirak edənlərin 40 faizi 21-30 yaş, 95 faizi 31-40 yaş, 13,05 faizi 41-51 yaş arasında olub.

Müsabiqənin əyani mərhələsinə keçənlərin isə 45,4 faizi 21-30, 46 faizi 31-40, 8,6 faizi 41-51 yaşlı olub.

Göstəricilərə baxdıqda belə məlum olur ki, müsabiqəyə qatılanların təxminən yarısı gənclərdir. Bu isə o deməkdir ki, bu günün gəncləri onlar üçün yaradılan şanslardan faydalanmağa tərəddüd etmirlər. Müsabiqəyə qoşulan gənclərimizin hər biri özünü yeniləşən Azərbaycanın bir hissəsi olaraq görmək, gələcək potensiallarını müstəqil fikri, idarəetmə bacarığı olan rəhbər kimi yetişdirməyə yönəltmək istəyir.

“Yüksəliş” müsabiqəsini sağlam düşüncəli gənclik üçün açılan yeni yol sayan Gənclər və idman naziri Azad Rəhimov da bu müsabiqəni karyera pilləsində yüksəlmək istəyən, iddialı, özünə güvənən gənclər üçün bir şans kimi dəyərləndirir.

Onun sözlərinə görə, aydın fikri, kreativ düşüncələri, qətiyyətli xarakteri olan, XXI əsrin tələblərinə cavab verən, müasir bacarıqlara sahib gənclər irəli çıxmalı, ölkənin taleyüklü məsələlərinin həllində, dövlətin idarə edilməsində yaxından iştirak etməlidirlər.

“Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin sədri Fəxrəddin Həsənzadə “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsində iştirak edənlərin 40 faizinin, əyani mərhələsinə keçənlərin isə 45,4 faizinin 21-30 yaşlı olmasından çox məmnun qaldığını söyləyib:

“Bu statistika çox sevindiricidir. Müsabiqə 21-51 yaş arası şəxsləri əhatə edir və burada iştirak edənlərin təqribən 40 faizinin 21-30 yaşlı gənc olması uğurlu nəticədir. Bu, gənclərin öz potensiallarına güvənməsinin sübutdur”.

F.Həsənzadə qeyd edib ki, əslində, “Yüksəliş” müsabiqəsini Azərbaycanda həyata keçirilən gənclər siyasətinin şəffaf imtahanı kimi qiymətləndirir.

Onun sözlərinə görə, bu müsabiqədə dinindən, sosial durumundan və siyasi baxışlarından asılı olmayaraq, bütün gənclər üçün bərabər rəqabət mühiti yaradılır: “Müsabiqənin bir əsas məqsədi var, o da budur ki, savadlı və intellektual gənclər mühüm idarəçilik vəzifələrinə cəlb edilsin. “Yüksəliş”in uğurlu tərəfi ondan ibarətdir ki, artıq regionlarda yaşayan, orada çalışan gənclər öz potensiallarını sübüt etmək üçün yeni bir müstəvi əldə ediblər. Beləliklə, təkcə paytaxtın deyil, regionların da belə bacarıqlı gənclərdən ibarət kadr bankı formalaşır. Prezident İlham Əliyevin gənclər siyasətinə müvafiq olaraq, gənclərin rəhbər vəzifələrə cəlb edilməsi üçün atdığı addımlar, onun gənclərə göstərdiyi yüksək etimad, qərarların qəbulunda onların fikirlərinin önəmsənilməsi müsabiqə iştirakçılarına əlavə stimul verir”.

F.Həsənzadə hesab edir ki, müsabiqə başlamamışdan əvvəl müsabiqənin İşçi qrupu tərəfindən təkcə paytaxtda deyil, ucqar regionlarda belə, maarifləndirmə və iştiraka təşviqat proqramları kifayət qədər aparılıb:

“Bəlkə də bu müsabiqə ilk dəfə keçirildiyindən çoxları ona diqqətsiz yanaşmış və indiki halda prosesə yalnız izləyici kimi baxır. Amma iştirakçı olan hər bir kəs bir daha əmin oldu ki, müsabiqədə hər bir şəxsə fərdi yanaşılır və onların potensialı maksimum şəkildə qiymətləndirilir. Uzun illər mövcud olan təcrübəmizə əsaslanaraq deyə bilərik ki, müsabiqə iştirakçılarının, xüsusilə də qaliblərin rəqabətə davamlılığını formalaşdırmaq üçün müvafiq ixtisaslar üzrə beynəlxalq statuslu təcrübə proqramlarının təşkili gənclərin bu proqramda daha aktiv iştirakına şərait yaradacaq”.


Etiketlər:  Yüksəliş gənclər siyasətinin şəffaf imtahanı kimi qiymətləndirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ