Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DÇ-2022 Qətərdə keçirilməyə bilər - FİFA yeni ev sahibi axtarır

DÇ-2022 Qətərdə keçirilməyə bilər - FİFA yeni ev sahibi axtarır

Tarix: 20 Iyun 2019 15:00

2022-ci ildə olacaq dünya çempionatı Qətərdə keçirilməyə bilər.

Qol.az "TNT Sports"a istinadən xəbər verir ki, mundialın ev sahibi olacaq ölkənin seçimi ilə bağlı korrupsiya qalmaqalı səbəbindən bu, baş verə bilər. FİFA-nın artıq DÇ-2022-yə ev sahibliyi etməyə hazır olan ölkənin axtarışı üçün məxfi görüşlər keçirdiyi iddia olunub.

Xatırladaq ki, Qətər istisna olmaqla, 2022-ci ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etməyə ABŞ, Cənubi Koreya, Yaponiya və Avstraliya namizəd idi.

Qeyd edək ki, qarşıdakı mundialın yerinin müəyyənləşdirilməsi ilə bağlı 2010-ci ildə Sürixdə keçirilən səsvermədə saxtakarlığa yol verdiyi iddia olunur.Hətta bununla bağlı UEFA-nın sabiq prezidenti Mişel Platini 1 günlük saxlanılmışdı.

 


Etiketlər:  2022 Qətərdə keçirilməyə bilər FİFA yeni sahibi axtarır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ