Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əməkhaqlarına olan artımların maliyyə mənbəyi açıqlanıb

Əməkhaqlarına olan artımların maliyyə mənbəyi açıqlanıb

Tarix: 20 Iyun 2019 15:09

Bakı. Elçin Mehdiyev – Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyev tərəfindən təsdiq edilən ikinci sosial paketə ayrılan maliyyə vəsaitinin mənbəyini açıqlayıb.

Trend-in məlumatına görə, nazir Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında çıxışında bildirib ki, ikinci qəbul edilən sosial paketin maliyyə dəyəri 660 milyon manatdır:

“Bunun 560 milyon manatı dövlət büdcəsinin, qalan 100 milyon manatı isə Dövlət Sosial Müdafiə Fondunun payına düşür. Dövlət büdcəsindən yönəldilən vəsait isə yenə daxildən əldə edilən vəsaitdir. Bu vəsaitlər vergi və gömrük yığımları hesabına yığılıb”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Əməkhaqlarına olan artımların maliyyə mənbəyi açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ