Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona'' Blanı qəbul etmədi

''Barselona'' Blanı qəbul etmədi

Tarix: 25 Iyul 2020 12:06

"Barselona" Loran Blanı baş məşqçi vəzifəsinə gətirmək niyyətində deyil.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, fransalı mütəxəssisin komandaya dəvəti Kataloniya klubunun planlarına daxil deyil. Bildirilir ki, La Liqa təmsilçisi hazırda Çempionlar Liqasında "Napoli" ilə keçirəcəkləri matça köklənib.

Bundan əvvəl məşqçinin agenti Jorje Mendeş Loranın namizədliyini klub rəhbərliyinə təqdim etmişdi. Lakin klubun idman direktoru Erik Abidal 54 yaşlı çalışdırıcı ilə əlaqə saxlamayıb.

Qeyd edək ki, L.Blan 1996-1997-ci illərdə "Barselona"da çıxış edib. O,  2013-cü ildən çalışdırığı PSJ-dən 2016-cı ildə istefa verdikdən sonra işsiz qalıb.


Etiketlər:  Barselona Blanı qəbul etmədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ