Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Salanın ölümü ilə bağlı yeni xəbər - bir nəfər saxlanıldı

Salanın ölümü ilə bağlı yeni xəbər - bir nəfər saxlanıldı

Tarix: 20 Iyun 2019 17:16

Bu ilin yanvarında təyyarə qəzası nəticəsində həyatını itirən argentinalı futbolçu Emiliano Salanın ölümü ilə əlaqədar bir nəfər saxlanılıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə İngiltərə polisi məlumat yayıb. Lakin həmin şəxsin adı açıqlanmayıb. Şimalı Yorkşayr bölgəsində saxlanılan kişinin 64 yaşında olduğu bildirilib.

Qeyd edək ki, Fransanın “Nants” klubundan “Kardif Siti”yə transfer olan Sala İngiltərəyə yollanarkən təyyarə qəzasında həlak olmuşdu.
 


Etiketlər:  Salanın ölümü ilə bağlı yeni xəbər bir nəfər saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ