Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2020 11:12
Ana yıxılma ha, dik dayan... Nəfəsim bir azdan dayanacaq. Bölük yoldaşlarım məni evə gətirəcəklər. Elə ki, evə çatdım məni bərk qucaqla. Bu son görüşümüzdür, ana... Ana, sən şəhid anasısan, dik dayan!"
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş 18 yaşlı Xəyyam Daşdəmirov ölümündən əvvəl yazmışdı.
Şəhid anası Vüsalə Daşdəmirova oğlunu belə xatırlayır:
"Xəyyam çox mərd, hörmətcil uşaq idi. Ancaq yaxşı sədaları gəlirdi. Xəyalları çox idi. Özü də vətənpərvər idi, özü istədi döyüşə getsin. Yaşı az idi, amma özü çox böyük idi. Qorxmaz idi, heç nədən qorxmurdu".
Daha ətraflı Azərbaycan Televiziyasının hazırladığı süjetdə izləyə bilərsiz: