Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2020 22:08
Bill Gates uzun müddət sonra ilk dəfə insanların koronavirus pandemiyasını onun adı ilə əlaqələndirərək əsas məqsədin əhaliyə çip taxmaq olduğu iddiasına cavab verib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Bill ve Melinda Gates təşkilatı ilə birgə koronavirusun qarşısını almaq üçün 300 milyon dollar pul xərcləyən Bill Gates CBS-yə açıqlamasında pandemiyanın yayılmasında əli olmadığını bildirib.
O qeyd edib ki, bu iddiaların necə və haradan yarandığını, həqiqətən, bilmir.
B.Gates həyat yoldaşı ilə birgə təsis etdiyi təşkilatın məqsədinin isə çip taxmaq olmadığını vurğulayıb. O, ümumiyyətlə, bu tip iddiaları çox absurd hesab etdiyini dilə gətirib.
Qeyd edək ki, B.Gates bir müddət öncə verdiyi açıqlamada koronavirusun belə geniş yayılmasını sosial şəbəkələrdə yalan məlumatların dolaşması ilə əlaqələndirmişdi.