Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ilin birinci yarımilində 6 uşaq övladlığa götürülüb

Bu ilin birinci yarımilində 6 uşaq övladlığa götürülüb

Tarix: 27 Iyul 2020 16:40

Bakı. Trend:

Bu ilin birinci yarımilində 6 uşaq övladlığa götürülüb, 1410 uşaqla bağlı monitorinq həyata keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, nazirlik tərəfindən övladlığagötürmə sahəsində yeni idarəetmə modeli yaradılmaqla, bu sahədə xidmətlərin elektronlaşdırılması təmin edilib.

Cari ilin mart ayında “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığa götürmə” altsistemi təqdim edilib, altsistemin müraciət interfeysi istifadəyə verilib.
Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli Fərmanı ilə “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi Qaydası” təsdiq edilib.

Övladlığagötürmə sahəsində xidmətlərin elektronlaşdırılması xüsusi karantin dövründə həmin sahədə xidmətlərin fiziki müraciətə ehtiyac qalmadan və ləngimələr olmadan, ardıcıl davam etdirilməsinə imkan verib.

Yanvar-iyun aylarında qeyd edilən altsistem vasitəsilə 29 valideyn-namizəd müraciət edib.

Bu dövrdə 6 uşaq övladlığa götürülüb. Uşaqlardan 2-si qız, 4-ü oğlandır. Onlardan 2 nəfəri 3 yaşa qədər, 1 nəfəri 4-6 yaşlarında, 2 nəfəri 7-11 yaşlarında, 1 nəfəri 12-18 yaşlarındadır.

Ötən dövrdə övladlığa götürülmüş 1410 uşaqla bağlı monitorinq, o cümlədən 1331 uşaqla bağlı distant (1057-si telefon, 274-ü videozəng vasitəsilə) monitorinq həyata keçirilib, onların övladlığa götürüldüyü ailələrdəki vəziyyəti, inkişaf səviyyəsi öyrənilib.


Etiketlər:  ilin birinci yarımilində uşaq övladlığa götürülüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ