Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2019 00:45
Bakı. Trend:
“Best Model of Azerbaijan 2018” təşkilatçıları yenı bir beynəlxalq layihəyə start verib.
Trend-in məlumatına görə, ”Miss & Mister Planet of Azerbijan 2019” adlanan bu layihəyə 200-dən çox gənc kastinqlərə qatılıb. Final mərhələsinə 25 oğlan və qız seçilib.
“Miss & Mister Planet of Azerbaijan 2019” iştrakçıları Baku Marshal Clubu ziyarət etdilər. Burada Baku Marshal Clubun prezidenti və F1 operativ direktoru Çıngiz Mehtiyev və Senior Marshal və layihənin fitness direktoru Sair İsgəndərov, iştrakçılara Baku Marshal Club haqqında geniş məlumat verdilər. Görüşün davamı olaraq iştrakçılar videoçarxlara baxıb, Çingiz Mehtiyeva və Sair İsgəndərova təşəkkürlərini bildirdilər. Baku Marshal Club “Miss & Mister Planet of Azerbaijan 2019” layihəsin rəsmi partnyorudur.
Təşkilatı heyyət:
Aqil Məmiyev – layihənin milli direktoru
Pərviz Əzim-zadə - layihənin direktoru
Sadiq Cəfərov – baş produsser
Mübariz Allahverdizadə - layihənin baş xoreoqraf
Sair İsgəndərov – layihənin fitness direktoru
Mədina Abdullayeva – layihənin aparıcısı
Münsif heyyətinə daxil olanlar:
Nura Suri – estrada müğənnisi
Aqil Məmiyev – tanınmış blogger,layihənin milli direktoru
Mübariz Allahverdizadə - High Life Fashion Akademiyasının
prezidenti və layihənin baş xoreografı
İlqar Əliyev – tanınmış model,Best Model of Azerbaijan 2004 qalibi
Rasima Axnazrova – estetik stomatoloq
Aygün Ay Karimova – estetik məsləhətçi
Vüqar Vüqarlı – jurnalist
Afaq İsmailzadə - fashion dizayner
Yusif Cəfərov və Emil Qasımov – Miss Mister Planet of the World 2016 və 2018 qalibləri
Cəlal Kəngərli – Kəngərli brendin sahibi
Foto: Ruslan Teymurfulatov və Rüstəm Fərmanoglu
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin