Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Birinci uşağım tələf oldu'' - Ülviyyə

''Birinci uşağım tələf oldu'' - Ülviyyə

Tarix: 29 Iyul 2020 18:10

İkinci dəfədir bu halı yaşayıram: birinci dəfə heç bir problem olmadan uşaq tələf oldu. Bəlkə də Allah belə məsləhət bildi. Amma tibbi cəhətdən heç bir problem yox idi.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri aktrisa Ülviyyə Xəlilbəyova sosial şəbəkədə yazıb. O bildirib ki, ilk hamiləliyi yarımçıq pozulub:

"O halı yaşamamısınızsa, məni heç vaxt başa düşməzsiniz. Ona görə də kənardan baxıb fikir söyləmək çox asandır. Bu haqda deməmişəmsə, demək bir bildiyim var idi. Məni sevənlər kimi sevməyənlər də az deyil. Nə yaşadığımı kənardan baxıb deyə bilməzsiniz.

Burada görməmişlikdən söhbət getmir. Sadəcə, incinmiş ruhuma hörmət etdim. Əmin olmadan heç nəyi bölüşmədim. Profil mənimdir, istədiyimi doğru zamanda izləyicilərimlə bölüşərəm. Saytlara da açıqlama verməmişəm.

Bəzi ürəkbulandıran rəyləri gördüm, yazığım gəldi çirkli qəlbləri olanlara. Siz o gün yazıq olmusuz ki, kiminsə sevincinə sevinmirsiz. Pis gündə təsəlli verib, dost kimi görünmək çox da çətin deyildi.

Bacarırsınızsa, insanların sevincinə, xoş gününə sevinin. Meşə çaqqalsız olmadığı kimi, çox təəssüf ki, həyat da bu çaqqallarsız ola bilmir. Əsas odur ki, məni həyatda tanımasalar da, ürəkdən sevinən izləyicilərim də oldu".


Etiketlər:  Birinci uşağım tələf oldu Ülviyyə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ