Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2020 13:03
Azərbaycanda koronavirusa yoluxanların 5%-ni 0-9 yaş aralığındakı uşaqlar təşkil edir.
Sonxeber.net koronavirusinfo.az saytına istinadən xəbər verir ki, ən yüksək yoluxma faizi orta yaşlılar arasında müşahidə olunur.
Ümumi statistikaya baxdıqda 10-19 yaş aralığında 6%, 20-29 yaş aralığında 14%, 30-39 yaş aralığında 18%, 40-49 yaş aralığında 15%, 50-59 yaş aralığında 21%, 60-69 yaş aralığında 16%, 70-79 yaş aralığında 4%, 80-89 yaş aralığında 2% yoluxma faktı qeydə alınıb.