Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2020 15:40
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 29-da 45,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,61 dollar/barel çoxdur.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 44,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,62 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 43,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,62 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 43,74 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,62 dollar/barel çoxdur.