Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Formula-1"in pilotu koronavirusa yoluxub

Tarix: 31 Iyul 2020 08:24

Bakı. Trend:

"Formula-1" yarışlarının "Reysinq Point" komandasının meksikalı pilotu Serxio Peres yeni növ koronavirusa yoluxub.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, S.Peresin ilk koronavirus testinin nəticəsi şübhəli olduqdan sonra o, mətbuat konfransına gəlməyib.

Daha sonra meksikalı pilot bir daha koronavirus testindən keçib və testin nəticəsi müsbət olub.

Qeyd edilir ki, S.Peres 31 avqust - 2 iyul tarixlərində keçirilən Böyük Britaniya Qran Prisində iştirak etməyəcək.


Etiketlər:  Formula 1in pilotu koronavirusa yoluxub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ