Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hemilton "Formula-1" üzrə Böyük Britaniya Qran Prisinin qalibi oldu

Hemilton

Tarix: 1 Avqust 2020 20:44

Bakı. Trend:

"Formula-1" üzrə Böyük Britaniya Qran Prisinin qalibi müəyyənləşib.

Trend-in məlumatına görə, yarışı birinci yerdə "Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton başa vurub.

Onun komanda yoldaşı finalandiyalı Valtteri Bottas ikinci yeri, "Red Bull" komandasının niderlandlı pilotur Maks Ferstappen isə üçüncü yeri tutublar.

Qeyd edək ki, "Racing Point" komandasında koronavirusa yoluxan Serxio Peresi əvəz edən almaniyalı Niko Hülkenberq yarışı 13-cü yerdə başa vurub.


Etiketlər:  Hemilton Formula 1 üzrə Böyük Britaniya Qran Prisinin qalibi oldu


RƏYLƏR