Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində son sutkada 69 koronavirusa yoluxma halı aşkarlanıb

Çində son sutkada 69 koronavirusa yoluxma halı aşkarlanıb

Tarix: 2 Avqust 2020 11:08

Bakı. Trend:

Çində ötən sutka ərzində yeni növ koronavirusa daha 69 nəfər yoluxub.

Trend-in məlumatına görə, yeni yoluxma hallarından 49-nin aktiv formada, 20-nin isə simptomsuz formada olduğu bildirilir.

Məlumata əsasən, aktiv formada olan yoluxma hallarının 45-ü ölkə daxilində, 24-ü isə xaricdən gələn vətəndaşlarda qeydə alınıb.

Qeyd edilir ki, ötən sutka ərzində ölkədə koronavirusdan ölən olmayıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 84 385 nəfərə çatıb, ölənlərin sayı isə 4 634 nəfər səviyyəsində qalıb.


Etiketlər:  Çində sutkada koronavirusa yoluxma halı aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ