Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2019 17:40
İkinci Avropa Oyunlarında boks yarışlarına start verilib.
Qol.az xəbər verir ki, bu gün Belarusun paytaxtı Minskdə açılışı olan yarışda Azərbaycan yığmasının üç boksçusu rinqə çıxıb.
56 kq çəkidə mübarizə aparan Tayfur Əliyev 1/16 finalda Boyan Asenovla (Bolqarıstan) qarşılaşıb və 3:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. Əliyev 1/8 finalda ukraynalı Nikola Butsenko ilə qarşılaşacaq. Bu görüş iyunun 24-də keçiriləcək.
Millimizin digər üzvü Rahil Məmmədli (91 kq) də ilk qarşılaşmasına çıxıb. 1/16 finalda bolqarıstanlı Radoslav Panteleyevlə üz-üzə gələn təmsillçimiz döyüşdən məğlub ayrılaraq mübarizəni dayandırıb.
Məhəmməd Abdullayev (+91 kq) isə bolqarıstanlı Petar Belberova uduzub - 1:4.