Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2020 07:04
Bakı. Trend:
"Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton "Formula-1" üzrə Böyük Britaniya Qran Prisinin qalibi olub.
Trend-in məlumatına görə, yarışı ikinci yerdə "Red Bull" komandasının niderlandlı pilotur Maks Ferstappen, üçüncü yerdə isə "Ferrari" komandasının monakolu pilotu Şarl Lekler başa vurub.
"Racing Point" komandasında koronavirusa yoluxan Serxio Peresi əvəz edən almaniyalı Niko Hülkenberq boliddə yaranan problemlərə görə yarışa qatıla bilməyib.
Qeyd edək ki, bu, altıqat və hazırkı dünya çempionu olan Lyuis Hemiltonun cari mövsümdəki üçüncü qələbəsidir.