Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çimərliklərdə səsgücləndirici vasitələrlə məlumatlar səsləndiriləcək

Çimərliklərdə səsgücləndirici vasitələrlə məlumatlar səsləndiriləcək

Tarix: 3 Avqust 2020 17:48

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bütün çimərliklərə məsul şəxslər təhkim olunublar.

Trend-in məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, çimərliklərdə bildiriş lövhələri quraşdırılıb və səsgücləndirici vasitələrlə məlumatlar səsləndiriləcək: “Bütün çimərliklər artıq açılışa tam hazırdır. Səsgücləndirici ilə verilən məlumatlar sosial məsafənin qorunması və virusa yolumanın qarşısını almaq üçün lazım olan informasiyaları əhatə edəcək”.

E.Həbibullayev əlavə edib ki, bəzi çimərliklədə nişanlanma işləri də aparılıb: “Elə çimərliklər var ki, orada sosal məsafəni qorumaüq üçün iplərdən istifadə olnaraq bölgülər yaradılıb”.


Etiketlər:  Çimərliklərdə səsgücləndirici vasitələrlə məlumatlar səsləndiriləcək


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ