Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2020 14:20
Bakı. Trend:
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC regionlarda genişzolaqlı internetin əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə şəbəkə infrastrukturu layihəsi hazırlayıb.
Bu barədə Trend-ə nazirlikdən bildiriblər.
İlkin mərhələdə dörd regionda – Gəncə, Sumqayıt, Abşeron və Masallıda ən yeni GPON (Gigabit Passive Optical Network) texnologiyasından istifadə olunmaqla infrastruktur rekonstruksiya ediləcək:
“Bu işlər başa çatdıqdan sonra növbəti mərhələdə bu texnologiyanın digər regionlarda quraşdırılmasına başlanacaq”.
Qeyd edək ki, GPON texnologiyası istifadəçilərə bir optik xətt üzərindən telefon, internet və televiziya xidmətlərindən istifadə imkanı verir.