Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Kloppun iki üzü var" - Levandovski

Tarix: 4 Avqust 2020 15:24

"Bavariya"in futbolçusu Robert Levandovski "Liverpul"un çalışdırıcısı Yurgen Kloppu ən yaxşı baş məşqçisi hesab edir.

Qol.az xəbər verir ki, bu barədə polşalı hücumçu ESPN-ə açıqlamasında deyib. O, alman mütəxəssisin iki üzünün olduğunu bildirib:

"Kloppun bir üzü ata kimidir. O, oyunçulara çox mehriban münasibət göstərir. Digər üzü isə məşqçi kimidir. O, futbolçular üçün böyük motivasiya qaynağıdır. Bu işi mükəmməl şəkildə etməyi bacarır. Çünki harada dayanacağını bilir. Klopp təkcə əla məşqçi deyil, həm də yaxşı insandır".

Xatırladaq ki, Y.Kloppun "Borussiya"nı çalışdırdığı 2010-2014-cü illərdə R.Levandovski də Dortmund təmsilçisinin formasını geyinib.

 


Etiketlər:  Kloppun iki üzü var Levandovski


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ