Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avstraliyada ştatlar arasında sərhədlər bağlanır

Avstraliyada ştatlar arasında sərhədlər bağlanır

Tarix: 5 Avqust 2020 11:00

Bakı. Trend:

Avstraliyanın Kuinslend ştatı koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Yeni Cənubi Uels ştatı ilə sərhədi bağlayıb.

Trend-in məlumatına görə, son günlərdə Avstraliyanın iri şəhərlərində yoluxma faktları artmağa başlayıb.

Kuinslend bir neçə gün əvvəl Viktoriya ştatı ilə sərhədi bağlamışdı.

Təkcə bu gün Viktoriya və Yeni Cənubi Uels ştatlarında 800-ə yaxın yeni yoluxma qeydə alınıb.

Qeyd edək ki, bu günədək Avstraliyada 19 mindən çox şəxs koronavirursa yoluxub, 232 nəfər ölüb.


Etiketlər:  Avstraliyada ştatlar arasında sərhədlər bağlanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ