Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ 5 Çin şirkətini ''qara siyahı''ya salıb

ABŞ 5 Çin şirkətini ''qara siyahı''ya salıb

Tarix: 22 Iyun 2019 07:16

Bakı. Trend:

ABŞ "Huawei" şirkətindən sonra daha 5 Çin şirkətini "qara siyahı"ya salıb.

Trend-in "Bloomberg" agentliyinə istinadən verdiyi məlumata görə, Ticarət Nazirliyinin "qara siyahı"sına "Haiguang Integrated Circuit", "Chengdu Haiguang Microelectronics Technology", "Higon", "Sugon" şirkətləri və и Tzyannan Kompüter Texnologiyaları Universiteti salınıblar.

Nazirliyin bəyanatında qeyd edilir ki, adıçəkilən şirkətlər ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasət maraqlarına zidd olan fəaliyyətə cəlb ediləcəklər və ya ediliblər.

Bildirilir ki, məhdudlaşdırıcı tədbirlər altına düşən şirkətlərə ABŞ məhsulları və xidmətləri almaq qadağan edilir bu şirkətlərlə yalnız müvafiq lisenziyası olan ABŞ firmaları işləyə biləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  ABŞ Çin şirkətini qara siyahıya salıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ