Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2020 14:00
Bakı. Trend:
İngiltərə daha yaxşı sınaq və izləmə sistemi olmadan məktəbləri yenidən açarsa, bu qışda orijinal yayılma vəziyyətindən ikiqat daha ağır olan ikinci COVID dalğası ilə qarşılaşacaq.
Trend-in məlumatına görə, bu, University College London və London Gigiyena və Tropik Tibb Məktəbinin tədqiqatçıları tərəfindən əldə olunan nəticədir.
Alimlər məktəblərin necə açılacağını - tam və ya yarım-fasiləsiz, habelə həftənin müxtəlif günlərində məktəbə davamiyyətin paylanmasını nəzərə alaraq payız-qış mövsümündə koronavirusun yayılmasının altı fərqli ssenarisini modelləşdirdilər.
"Böyük Britaniyada əgər məktəblər sentyabr ayında tam işləmə rejiminə keçərsə, 2020-ci ilin dekabrında ikinci böyük dalğaya səbəb olacaq”, - İngilis elm adamlarının araşdırmasında deyilir.