Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2020 14:52
İngiltərə Premyer Liqasında iyul ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Qol.az çempionatın rəsmi saytına istinadən xəbər verir ki, bu, “Vest Hem”in oyunçusu Maykl Antoniodur.
30 yaşlı yarımmüdafiəçi ötən ay 7 oyuna 8 qol vurub, 1 qol ötürməsi edib.
Qeyd edək ki, mükafata namizədlər arasında “Çelsi”dən Kristian Puluşiç, “Mançester Yunayted”dən Antonio Marsial, “Bernli”dən Nik Poul, “Mançester Siti”dən Rahim Sterlinq və “Tottenhem”dən Harri Keyn var idi.