Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2020 23:14
Beyləqandan olan gənc heykəltəraş Təbriz Soltanlı şəhid polkovnik İlqar Mirzəyevin barelyefi üzərində işləyir. O, bundan öncə şəhid general Polad Həşimovun büstünü hazırlayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Təbriz Soltanlı erməni silahlı qüvvələrinin Tovuz təxribatından sonra şəhidlərimizin xatirəsini əbədiləşdirməyi qarşısına məqsəd qoyub. O, əvvəlcə şəhid generalımız Polad Həşimovun büstünü ərsəyə gətirib. Gənc heykəltəraş deyir ki, büstü hazırlayarkən əsas məqsədi generalımızn üzündəki nuru ifadə etmək olub və o, buna da nail olub.
Daha sonra şəhid polkovnik İlqar Mirzəyevin barelyefini hazırlamağı qərara alıb və hazırda onun üzərində işləyir. Artıq barelyefin gillə işlənməsi mərhələsi başa çatıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi olan gənc heykəltəraşın vətənpərvərlik hissləri ilə ərsəyə gətirdiyi bu işlər heç də ilk deyil. Daha əvvəl - 2012-ci ildə şəhid Mübariz İbrahimovun kompozisiyasını hazırlayan Təbriz Soltanlı, həmçinin Mikayıl Müşfiqin kiçik ölçüdə büstünün, Əhməd Cavadın portret heykəlinin, Səməndər Rzayevin büstünün də müəllifidir.