Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hərbi qulluqçuların pensiyalarının azalmasından söhbət gedə bilməz - Nazir müavini

Hərbi qulluqçuların pensiyalarının azalmasından söhbət gedə bilməz - Nazir müavini

Tarix: 6 Avqust 2020 13:36

Bakı. Elçin Mehdiyev - Trend:

Ölkədə əmək pensiyaları haqqında qanun hər zaman inkişaf edir. Burada hər zaman sığorta prinsipinin genişləndirilməsi əsas götürülür. Bizim qanunvericiliyə dəyişikliklərlə bağlı yeni təkliflərimiz var.

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

Nazir müavini bildirib ki, hərbi qurumlarda çalışan şəxslərin pensiyalarının məbləği həmin şəxslərin əməkhaqqına artım həyata keçirildikdə artırdı.

"Ümumi əsasla pensiyaların məbləği isə ölkə Prezidenti tərəfindən indeksasiya əmsalı tətbiq olunmaqla həyata keçirilir. Yəni burada heç bir halda hərbi qulluqçuların pensiyalarının azalmasından söhbət gedə bilməz. Əksinə, bizim təklifimizin mahiyyəti ondan ibarətdir ki, bu şəxslərin pensiyalarının məbləği əməkhaqları artandan-artana deyil, hər il indeksasiya aparılmaqla artırılsın. Qeyd etdiyim kimi, bu, hələ təklifdir. Eyni zamanda biz bu məsələləri Milli Məclislə də müzakirə etməyə hazırıq”.


Etiketlər:  Hərbi qulluqçuların pensiyalarının azalmasından söhbət gedə bilməz Nazir müavini


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ