Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Livanlı deputat: ''Livana maliyyə yardımı göstərməklə Azərbaycan Prezident İlham Əliyevin şəxsində İslam həmrəyliyi nümayiş etdirdi''

Livanlı deputat: ''Livana maliyyə yardımı göstərməklə Azərbaycan Prezident İlham Əliyevin şəxsində İslam həmrəyliyi nümayiş etdirdi''

Tarix: 6 Avqust 2020 14:00

Livana maliyyə yardımı göstərməklə Azərbaycan Prezident İlham Əliyevin şəxsində bu cür məqamda çox vacib olan İslam həmrəyliyi nümayiş etdirdi.

Sonxeber.net bildirir ki, bunu Trend-ə livanlı deputat İmad əl-Hoot deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti tərəfindən Livan xalqına kömək göstərilməsi çox vacib və vaxtında atılan addımdır:

"Biz göstərilən köməyə görə Prezident İlham Əliyevə, Azərbaycan hökumətinə, qardaş Azərbaycan xalqına minnətdarlığımızı bildirməliyik".

İ.əl-Hoot qeyd edib ki, Azərbaycanın Livana maliyyə yardımı göstərməsi iki ölkə arasında münasibətlərin möhkəmlənməsi üçün vacib təkan olacaq və bu, ilk növbədə Beyrutun xeyrinədir.


Etiketlər:  Livanlı deputat Livana maliyyə yardımı göstərməklə Azərbaycan Prezident İlham Əliyevin şəxsində İslam həmrəyliyi nümayiş etdirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ