Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2020 14:24
Bakı. Elnur Bağışov - Trend:
İranda ötәn sutka әrzindә daha 156 nәfәrin koronavirusdan (COVID19) ölmәsi öz tәsdiqini tapıb.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, belәliklә İranda bu virusdan ölәnlәrin sayı 18 132 nәfәrә çatıb.
Sadat Lari әlavә edib ki, İranda ötәn 24 saat әrzindә daha 2 450 nәfәr koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 322 567 nәfәrә yüksәlib. Onlardan 4 136 nәfәrin vәziyyәti ağırdır.
Nazirlik rәsmisi İranda 279 724 nәfәrin koronavirusdan sağaldığını deyib.
Sadat Lari bildirib ki, Tehran, Qum, Mazandaran, Gülüstan, Şәrqi Azәrbaycan, Әrdәbil, İsfahan, Әlborz, Rәzәvi Xorasanı, Kirman, Şimali Xorasan, Simnan, Mәrkәzi, Yәzd vә Gilan vilayәtlәri qırmızı zona hesab olunur.
İranda indiyәdәk 2,63 milyondan çox diaqnoz testi hәyata keçirilib.