Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çimərliklər həftəsonu fəaliyyət göstərəcək? - RƏSMİ AÇIQLAMA

Çimərliklər həftəsonu fəaliyyət göstərəcək? - RƏSMİ AÇIQLAMA

Tarix: 7 Avqust 2020 16:46

Sosial şəbəkələrdə həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyət göstərmədiyi səbəb gətirilərək çimərliklərə girişin qadağan olunduğu ilə bağlı məlumat yayılıb.

Sonxeber.net xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildiriib ki, həftəsonu çimərliklərdən istifadəyə heç bir məhdudiyyət qoyulmayıb. Vətəndaşalar əvvəlki günlərdə olduğu kimi qaydalara əməl edərək çimərliklərdən istifadə edə bilərlər.

Qeyd edək ki, cimerlik.az saytında 100-dən çox çimərlik barədə məlumat yerləşdirilib. Çimərliyin doluluq səviyyəsi tam dolubsa, əlavə şəxs ora buraxılmayacaq. Çimərliklər səhər 8-dən axşam saat 21-dək fəaliyyət göstərəcək. Əgər çimərlik 500 nəfərlikdirsə, artıq 501-ci şəxs ora buraxılmayacaq.


Etiketlər:  Çimərliklər həftəsonu fəaliyyət göstərəcək RƏSMİ AÇIQLAMA


RƏYLƏR