Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“5G” sürətlə inkişaf edir

“5G” sürətlə inkişaf edir

Tarix: 8 Avqust 2020 08:12

Bu gün "Huawei" şirkətinin beşinci nəsil mobil rabitə texnologiyalarının inkişafına həsr edilən növbəti konfransı keçirilib. Konfrans zamanı şirkətin simsiz şəbəkə məhsulları bölməsinin rəhbəri Yan Çaobin bildirib ki, iyula olan vəziyyətə görə, dünyada 92 kommersiya "5G" şəbəkəsi quraşdırılıb. Bununla yanaşı, yeni şəbəkələr Çində daha yaxşı inkişaf edir.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, şirkət nümayəndəsinin proqnozuna görə, cari ilin sonunadək Çin operatorları tərəfindən 800 min "5G" baza stansiyası qurulacaq, "5G" istifadəçilərinin sayı isə 200 milyon nəfəri ötəcək. İlin sonunda "5G" istifadəçilərinin 70 faizi Çinin payına düşəcək.

Son statistik məlumatlara görə, Çin istifadəçilərinin sayı artıq 100 milyonu üstələyib. Həmçinin dünyanın ən böyük mobil rabitə operatoru "China Mobile" 70,199 milyon istifadəçini yeni rabitə ilə təmin edib. "China Telecom" istifadəçilərinin sayı 37,84 milyon təşkil edir. "China Unicom" uğurları barədə məlumatları açıqlamır.

"DigiiTimes" nəşrinin proqnozuna görə, bu il "5G" smartfonlarının qlobal tədarük həcmi 250 milyon ədədi, dünyada smartfonların tədarükü isə 25 faizi ötəcək. Dünyada "5G" smartfonlarının satış həcminin təxminən 70 faizi və ya 170 milyon ədədi Çinin payına düşəcək.

Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin statistikasına görə, ölkədə "5G" baza stansiyalarının sayı həftədə 10 mindən çox artır. Hazırda operatorlar tərəfindən qurulan baza stansiyalarının sayı 250 mindən çoxdur.


Etiketlər:  sürətlə inkişaf edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ