Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2019 00:56
"Barselona" heyətinə yeni qapıçı cəlb etmək üzrədir.
Qol.az-ın İspaniya mətbuatına istinadəm yaydığı xəbərə görə, Kataloniya klubu "Valensiya"nın qapıçısı Neto üçün razılıq əldə edib.Razılığa əsasən, "Barsa" braziliyalı qolkiper üçün 25 milyon avro ödəyəcək.
Xəbərdə o da qeyd olunub ki, klub ikinci qapıçı Yasper Silessendən razı deyil. Buna görə "Barsa" hazırkı əsas qapıçı Mark-Andre ter Stegenin əvəzləyicisi kimi Netonu görür.
Silessenin isə Netonun transferindən sonra"Valensiya"ya keçəcəyi gözlənilir.