Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Yuventus” yeni baş məşqçisini açıqlayıb

“Yuventus” yeni baş məşqçisini açıqlayıb

Tarix: 8 Avqust 2020 22:36

İtaliyanın "Yuventus" klubu baş məşqçisi Maurisio Sarrini istefaya göndərib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, buna Çempionlar Liqasındakı uğursuzluq səbəb olub.

1/8 final mərhələsində Fransanın "Lion" klubunu keçə bilməyən (0:1, 2:1) turinlilər mütəxəssislə yollarını ayırıb.

Artıq onun yerinə gətiriləcək baş məşqçi də təyin olunub. Klub rəhbərliyi bu postu sabiq futbolçusu Andrea Pirloya etibar edib. 2011-15-ci illərdə Turin təmsilçisində oynamış 41 yaşlı çalışdırıcı ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, bu, Pirlonun baş məşqçi kimi ilk iş yeri olacaq.

Milli.Az


Etiketlər:  Yuventus yeni baş məşqçisini açıqlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ