Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2020 16:26
Çempionlar Liqasının 1/8 finalında "Napoli" ilə matçda zədələnən "Barselona"nın kapitanı Lionel Messinin son durumu müəyyənləşib.
Qol.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, argentinalı hücumçunun zədəsi ciddi deyil. Onun turnirin 1/4 finalında "Bavariya" ilə görüşdə oynayacağı bildirilib.
Qeyd edək ki, "Napoli" ilə oyunda rəqib komandanın futbolçusu Kalidu Kulibalini Messinin sol ayağına zərbə vurub.
Əlavə edək ki, "Barselona" - "Bavariya" görüşü avqustun 14-ü Lissabonda keçiriləcək.