Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

QHT-lər qrant müqavilələrinin qeydə alınması üçün elektron formada müraciət edə bilərlər - QANUN

QHT-lər qrant müqavilələrinin qeydə alınması üçün elektron formada müraciət edə bilərlər - QANUN

Tarix: 10 Avqust 2020 19:03

Prezident İlham Əliyev "Qrant haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, qanuna əsasən, "Qrant haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə aşağıdakı məzmunda 4-3-cü hissə əlavə edilir:

"4-3. Qeyri-hökumət təşkilatları qrant müqavilələrinin (qərarlarının) "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanununun 24-3-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə qeydə alınması üçün müraciət edə bilərlər.".


Etiketlər:  lər qrant müqavilələrinin qeydə alınması üçün elektron formada müraciət edə bilərlər QANUN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ