Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2020 08:32
Bakı. Trend:
Venesuela həkimləri sutka ərzində 995 koronavirusa yoluxma faktı aşkarlayıb ki, bu da pandemiyanın başlanğıcından bəri ən yüksək rəqəmdir.
Trend-in məlumatına görə, bu barədə Venesuela vitse-prezidenti Delsi Rodriges bildirib.
Onun sözlərinə görə, 995 yoluxma faktı qeydə alınıb.
Bundan əvvəl Venesuelada sutkada 700-ə yaxın yeni yoluxma faktı aşkar edilib. Xəstəliyin ümumi sayı 26,8 min nəfər olub.