Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2020 09:36
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) qarşısında duran hədəflərdən biri Nazirliyin göstərdiyi 132 xidmətdən 90-nını tamamilə elektron şəkildə həyata keçirməkdir.
Trend-in məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev müsahibəsində qeyd edib ki, bu istiqamətdə ciddi işlər görülür.
Xüsusi karantin rejimi dövründə ƏƏSMN-nin ötən ildən başlayaraq elektronlaşma ilə bağlı həyata keçirdiyi işlər öz müsbət nəticəsini verdi. Bu müddət ərzində vətəndaşlar evdən çıxmadan, məmur-vətəndaş təması olmadan xidmətlərdən yararlanmaq imkanı qazandı.
Bu ilin 6 ayı ərzində 53 min vətəndaşa pensiya və müavinətlər üzrə proaktiv qaydada təyinat və ödəniş aparılıb, əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə 325 min elektron arayış verilib. Həmçinin birdəfəlik ödəmə ilə bağlı müraciələr də elektron qaydada qəbul edilib və ödəniş aparılıb.