Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2020 10:00
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda COVİD-19-a görə testlərin aparılmasında səmərəlilik effekti olmalıdır.
Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, bir gün ərzində çox sayda edilən testlərin yalnız bir hissəsinin nəticəsi pozitiv olur:
"Əgər bir gündə 7000 adam yoxlanılırsa, onun 200-150-də nəticə müsbət çıxırsa, demək 7000 adam tam məqsədyönlü şəkildə yoxlanılmayıb. Buna görə də fikir vermək lazımdır ki, büdcədən əlavə vəsaitlər lüzumsuz yerlərə xərclənməsin”.