Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2020 15:20
DÇ-2022-nin Asiya zonası üzrə seçmə mərhələsinin oyunları təxirə salınıb.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, bu barədə qərar FİFA və Asiya Futbol Konfederasiyası (AFC) arasında aparılan müzakirələrdən sonra verilib.
Hər iki qurum bu ilin oktyabr və noyabr aylarında baş tutmalı olan matçların 2021-ci ilə təxirə salınmasını məqsədəuyğun bilib. Buna səbəb koronavirus pandemiyası ilə bağlı yaranmış təqvim sıxlığı olub.
DÇ-2022-nin seçmə mərhələsi ilə yanaşı, təxirə salınan Asiya Kuboku-2023-ün seçmə mərhələ matçlarının yeni tarixləri ilə bağlı müzakirələr davam etdiriləcək.