Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zərif: İran nüvə proqramında dəyişiklik edəcək heç bir planı qəbul etməyəcək

Zərif: İran nüvə proqramında dəyişiklik edəcək heç bir planı qəbul etməyəcək

Tarix: 12 Avqust 2020 20:36

Bakı. Elnur Bağışov – Trend:

İran Hərtərəfli Birgə Fəaliyyət Planında dəyişiklik edəcək heç bir planı qəbul etməyəcək.

Trend-in məlumatına görə, bunu İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif İran hökumətinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, İranın nüvə proqramı ilə əlaqədar hər hansı planın olması haqda məlumatı yoxdur.

Qeyd edək ki, son günlər bir sıra kütləvi informasiya vasitələrində İranın nüvə proqramında dəyişikliyin olması və nəticədə sanksiyaların ləğvi ilə əlaqədar planın hazırlandığı yayılıb.

Xatırladaq ki, 2016-cı il yanvar ayında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. 2018-ci ilin may ayında ABŞ bu plandan çıxdığını bəyan və həmin ilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. Bu planın avropalı üzvləri sazişi qorumaq istiqamətində 2019-cu ilin yanvar ayında İranla ticarəti davam etdirmək üçün İNSTEX maliyyə mexanizminin yaradıldığını bəyan ediblər. İran saziş tərəflərinin öz öhdəliklərini yerinə yetirmədiklərini əsas götürərək 8 mayda sazişdə nəzərdə tutulan 300 kiloqramdan artıq uranın satışı ilə bağlı öhdəlikləri dayandırdığını bəyan edib. İran 7 iyulda uranın 3,67%-lik zənginləşdirilməsi və Ərak Ağır Su reaktorunun rekonstruksiyası ilə bağlı nüvə sazişində nəzərdə tutulan öhdəlikləri yerinə yetirməyəcəyini elan edib. İran nüvə sazişi çərçivəsində neft satışını və onun pulunu əldə etmək niyyətindədir.

İran ötən il sentyabrın 5-də növbəti, 3-cü addımın atıldığını elan edib. Bu addıma əsasən İran yeni nəsil sentrifuqalarla uranı zənginləşdirəcək və zənginləşdirilən uran qalıqlara qarışdırılmayacaq.

İran həmçinin, ötən il noyabrın 5-də nüvə sazişində öhdəliklərin azaldılması ilə əlaqədar 4-cü addımı atdığını elan edib. Belə ki, Fordo nüvə obyektində sentrifuqalara uran qazı vurulmağa başlayıb.

İran bu il 5 yanvarda nüvə sazişindəki 5-ci (sonuncu) addımı atdığını və bundan sonra sazişdə İranın hər hansı məhdudiyyətinin olmayacağını elan edib.

Əlavə edək ki, ABŞ 2018-ci il noyabr ayında İrana qarşı yeni sanksiyalar tətbiq edib. Ötən müddət ərzində sanksiyalara İranın neft ixracı, 700-dən çox bank, şirkət və fiziki şəxs daxil olunub.


Etiketlər:  Zərif İran nüvə proqramında dəyişiklik edəcək heç planı qəbul etməyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ