Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2020 09:46
"Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, müqavilə ilə "Bornmut"a məxsus olan təcrübəli qolkiper "Fənərbağça" ilə anlaşıb.
Bosniya və Herseqovina millisinin üzvü ilə hərtərəfli razılıq əldə olunub. "Sarı-lacivərdlilər" hətta 33 yaşlı qapıçının klubu ilə də ortaq məxrəcə gəlib. Beqoviçin tezliklə Türkiyəyə yollanması və rəsmi müqaviləyə qol çəkməsi gözlənilir.
Qeyd edək ki, Asmir Beqoviç 2019/20 mövsümünün ilk dövrəsini icarə əsasında "Qarabağ"da keçirib.