Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2020 18:16
Bakı. Trend:
İndoneziya hökuməti xarici turistlər üçün sərhədləri bu ilin sonunadək açmayacaq.
Trend-in məlumatına görə, bunu ölkənin Dəniz məsələləri və investisiyalar üzrə naziri Luhut Binsar Pancaitan deyib.
O bildirib ki, hökumət əsas diqqətin daxili turizmə yönəldilməsi barədə qərar verib.
Onun sözlərinə görə, İndoneziya hökuməti daxili turizmin payını ümumi turizmin 70 faizinə çatdırmaq niyyətindədir.
Bu səbəbdən digər ölkələrin turistləri üçün sərhədlərin açılışı bu ilin sonunadək gözlənilmir.