Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə koronavirusdan sağalanların sayı 228 min nəfəri ötüb

Türkiyədə koronavirusdan sağalanların sayı 228 min nəfəri ötüb

Tarix: 13 Avqust 2020 21:28

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 21 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 912 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 243 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 245 635 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı 228 057 nəfər təşkil edir.


Etiketlər:  Türkiyədə koronavirusdan sağalanların sayı nəfəri ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ