Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2020-ci ildə dünyada lüks malların satışı 35-45 faiz azala bilər

2020-ci ildə dünyada lüks malların satışı 35-45 faiz azala bilər

Tarix: 14 Avqust 2020 05:28

Bakı. Trend:

Pandemiya fonunda 2020-ci ildə lüks malların qlobal satış həcmi 35-45 faiz azala bilər.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə "Boston Consulting Group" (BCG) təşkilatının apardığı araşdırmada deyilir.

Qeyd edilir ki, böhrandan əvvəlki səviyyələrə yüksəlmə 2023-cü ildə təxmin edilir.

"Hətta ən optimist ssenari 2020-ci ildə lüks malların satışının 35-45 faiz azalmasını nəzərdə tutur. Qeyri-müəyyənlik nəzərə alınmaqla bu sənayenin bərpası tədricən aparılacaq: ən pis halda, 2021-ci ildə ümumi satış 2019-cu illə müqayisədə 20 faiz az ola bilər, 2022-ci ildəki azalma isə bir qədər daha kiçik göstəricidə olacaq. Bununla yanaşı 2023-cü və sonrakı illərdə əksər kateqoriyalardakı satışlar yenə də böhrandan əvvəlki səviyyələrə qayıdacaq", - deyə məlumatda bildirilir.

Araşdırmaya görə, pandemiya dövründə lüks bazarın 31 faizini əhatə edən lüks mallara ildə 37.000 avrodan çox pul xərcləyən istehlakçılar da böhranın təsirini hiss ediblər və xərclərə münasibətlərini dəyişdiriblər.


Etiketlər:  2020 ildə dünyada lüks malların satışı faiz azala bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ