Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Lenovo” və “HP” dünya noutbuklar bazarının yarısına nəzarət edir

“Lenovo” və “HP” dünya noutbuklar bazarının yarısına nəzarət edir

Tarix: 15 Avqust 2020 07:32

"Strategy Analytics" şirkəti portativ kompüterlərə tələbatın kəskin artmasını açıqlayıb. Belə ki, pandemiya fonunda bu ilin ikinci rübündə noutbukların tədarükü 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz artıb.
 
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, bir il əvvəl 42,5 milyon noutbuk satıldığı halda hazırda bu göstərici 54,2 milyona çatıb. Tədarük həcminin kəskin artması əksər şirkət əməkdaşlarının məsafədən işləməyə, tələbə və şagirdlərin isə distansiyalı təhsilə keçməsi ilə izah olunur. Belə şəraitdə bütün dünya istifadəçilərinə əlavə kompüter texnikası lazım olub.
 
Bazarın ən böyük oyunçusu sahənin 1/4 hissəsinə (25 faiz) nəzarət edən "Lenovo" şirkətidir. İkinci yerdə 24,8 faizlik nəticə ilə "НР" qərarlaşıb. Beləliklə, iki şirkət bütün portativ kompüterlərin yarısını tədarük edir.
 
Üçüncü pillədə 15,6 faizlik göstərici ilə "Dell", dördüncüdə "Apple" (8,5 faiz) yer alıb. İlk beşliyi ötən rübün yekunları üzrə payı 6,7 təşkil edən "Acer" tamamlayıb. Digər noutbuk istehsalçılarının qlobal bazarda ümumi payı 19,4 faizə bərabərdir.
 
Cari ilin üçüncü rübündə də noutbukların tədarük həcminin artacağı, lakin artım tempinin zəifləyəcəyi gözlənilir. 


Etiketlər:  Lenovo dünya noutbuklar bazarının yarısına nəzarət edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ