Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2020 20:32
Bakı. Trend:
Rusiya Federasiyasının Komi Respublikasında "Vorqaşor" mədənində qəza baş verib.
Trend-in "İnterfaks"-a istinadən verdiyi məlumata görə, baş verən qəzada bir neçə mədənçi həlak olub.
Bildirilib ki, mədəndə kömür kəmər konveyeri ilə yerüstü tikili çöküb. Dörd mədənçinin cəsədi dağıntılardan çıxarılıb.
Çökmüş konstruksiyanın dağıtma işləri davam edir.