Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı hakim-inspektorun təyinatı ləğv olundu

Azərbaycanlı hakim-inspektorun təyinatı ləğv olundu

Tarix: 17 Avqust 2020 19:08

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyevin təyinatı UEFA tərəfindən ləğv edilib.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, buna koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar birbaşa və uyğun tranzit təyyarə reyslərinin olmaması səbəb olub.

Xatırladaq ki, Asim Xusiyev UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində avqustun 19-da Tbilisidə keçiriləcək “Dinamo” (Tbilisi, Gürcüstan) – “Tirana” (Albaniya) oyununa hakim-inspektor kimi təyinat almışdı.

 


Etiketlər:  Azərbaycanlı hakim inspektorun təyinatı ləğv olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ