Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Atəşgah” Sığorta Şirkəti müştərilərə sığorta ödənişlərinin ədalətli, qanuni və operativ ödənilməsi məsələsinə daima önəm verir

“Atəşgah” Sığorta Şirkəti müştərilərə sığorta ödənişlərinin ədalətli, qanuni və operativ ödənilməsi məsələsinə daima önəm verir

Tarix: 18 Avqust 2020 12:52

Bakı. Trend:

“Atəşgah” Sığorta Şirkəti müştərilərə sığorta ödənişlərinin ədalətli, qanuni və operativ ödənilməsi məsələsinə daima önəm verir.

Pandemiya ilə əlaqədar yaranan çətinlikləri nəzərə alaraq “Atəşgah” SŞ müştərilərin onların yaranan suallarına cavab tapmaları,iradlarını, təkliflərini və rəylərini şəffaf şəkildə bildirmələri üçün www.ateshgah.com saytı, [email protected] e-mail ünvanı və (012) 940 qaynar xəttindən yanaşı, bir müddət öncə “Qreact” proqram təminatının tətbiqinə başlamışdır.

“Qreact” - real vaxt rejimində müştəri rəylərinin toplanması və dəyərləndirilməsi üçün hazırlanmış proqram təminatıdır. Şirkət fəaliyyət göstərdiyi istiqamətlər üzrə öz müştərilərinin dəyərli fikirlərini öyrənmək üçün, sorğu formalarını onlara təqdim edir və bununla da müştərilər uyğun olan anda istifadə etdikləri xidmət səviyyəsini qiymətləndirə bilir.

Bundan əlavə,”Atəşgah” SŞ-də müştərilərin yaranan problemlərinin operativ şəkildə həll edilməsi, xüsusi müraciət və şikayətlərin araşdırılması və müştərilərə operativ dəstək məqsədi ilə yaradılan işçi qrupunun mövcudluğunu və rəhbərliyin müştərilərlə keçirdiyi görüşləri də vurğulamaq lazımdır.

Gələn müraciətlər arasında təklif, sorğu, şikayət və minnətdarlıq müraciətləri öz əksini tapmışdır. İşçi qrupu tərəfindən şikayətlərə baxılan zaman haqlı iradlar operativ şəkildə araşdırılaraq müştərilərə tez və keyfiyyətli xidmət təqdim edilir. Təəssüf ki, müraciətlər arasında şübhəli məqamların olması faktları da aşkarlanır. Belə ki,bu çətin dövrdən istifadə edərək dələduzluq yolu ilə sığorta şirkətinin səlahiyyətlərindən sui-istifadə edən insanlar da mövcuddur. Bu yolu seçmiş insanlar hadisə üzrə kifayət qədər şübhələr olmasına baxmayaraq ,təkidlə hadisə üzrə heç bir araşdırma aparılmadan sığorta ödənişinin verilməsini tələb edərək , Şirkəti müxtəlif yollarla təhdid etməyə çalışırlar.

Buna misal olaraq,bir müddət öncə kosmetik təmir vasitəsi ilə dəyəri artırılaraq Şirkətimizdə sığortalanmış və sonra yüksək məbləğdə sığorta ödənişi alınması üçün qəsdən yandırılaraq məhv olunmuş avtomobil üzrə müraciəti qeyd etmək olar. Belə ki, hadisənin baş vermə zamanı və məkanı, avtomobilin zədələri ilə bağlı xüsusiyyətlər toplanılaraq araşdırmanı aparan Hüquq Mühafizə Orqanına təqdim edilmişdir. Nəticədə müvafiq məhkəmə ekspertizası keçirilərək avtomaşının qəsdən yandırlması təsdiq edilmişdir. Materiallar üzrə sığorta odənişi həyata keçirilməmişdən öncə, araşdırma aparılaraq dələduzluq halının qarşısı alınmışdır.

Bu və digər oxşar hadisələr Bakının Yasamal və Sabunçu rayonlarında yerləşən yaşayış məntəqələrində baş vermişdir. Belə ki , Şirkətimizdə icbari əmlak sığortası növü üzrə sığortalanmış əmlakların sahibləri baş vermiş yanğın hadisəsinə görə müraciət edərək araşdırma aparılmadan, hadisənin qısaqapanma nəticəsində baş verməsi və əmlakın yanaraq məhv olması iddiası ilə sığorta ödənişinin edilməsi üçün şikayət etmişlər. Şirkətimizin müvafiq şöbəsində hadisələr üzrə qanunvericilik çərçivəsində müvafiq araşdırmalar aparılmış , şübhələnməyə əsas verən dəlillər və məqamlar toplanılaraq müştərilərin nəzərinə çatdırılmış və işin obyektiv nəticələnməsi üçün araşdırmanı aparan müvafiq HMO–na təqdim edilmişdir.

Həmçinin, müştərilərə izah olunmuşdur ki , əmlaka ziyan vuran şəxs faydalanan şəxsin özü olmadığı halda və sığortalının qəsdi olmadığı halda sığorta ödənişi lazımi araşdırmalardan sonra mütələq ödəniləcəkdir. Lakin,hadisəni qısaqapanma kimi təqdim edib sığorta ödənişini almaq istəyi sığorta şirkətinə qarşı atılan haqsız hərəkətdir. Belə ki, bu halda qanunvericilik pozulur və müştəri sığorta şirkətinin işini qanuna uyğun aparılmasından və müştəriyə ödənilmiş məbləğin cinayəti törədən şəxsdən geri istənilməsindən məhrum edir, cəmiyyətimizdə bu kimi halların örtülü qalaraq qanun pozucularının cəzasız qalmasına şərait yaradırlar.

Qeyd olunan hadisələr üzrə əməkdaşlarımızın ayıq-sayıq xidməti və araşdırmanı aparan HMO-nın əməkdaşlarının peşəkarlığı nəticəsində hadisələrin qəsdən törədilməsi sübuta yetirilmiş və hadisəni törədənlər aşkarlanaraq onlar barəsində müvafiq araşdırmalar başlanılmışdır.

Qeyd olunan neqativ hallar Dövlətimizin DİN-nin, Prokurorluq Orqanlarının həmçinin FHN-nin Əməliyyat-İstintaq İdarəsi əməkdaşlarının peşəkarlıqlarının nəticəsində obyektiv və operativ şəkildə aşkarlanmışdır.

Qeyd etmək istərdik ki,”Atəşgah” Sığorta Şirkətinin vəzifəsi müştərilərə yüksək xidmət göstərməklə, onların məruz qaldığı sığorta hadisələrinin operativ və qanuni tənzimlənməsi ilə yanaşı əhalini maarifləndirmək və etibarlı maliyyə müdafiəsi ilə təmin etməkdir.

Statistika üçün qeyd edə bilərik ki, 2019-cu il ərzində Şirkət tərəfindən maarifləndirmə üzrə 15-dən çox tədbir keçirilmişdir, ümumilikdə isə 1 543 sığorta hadisəsi tənzimlənərək 38 525 319 AZN sığorta ödənişi edilmişdir.

Yüksək etibarlılıq imicinə malik “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah” Həyat Sığorta Şirkəti isə 1998-ci ildən fəaliyyət göstərir.


Etiketlər:  Atəşgah Sığorta Şirkəti müştərilərə sığorta ödənişlərinin ədalətli qanuni operativ ödənilməsi məsələsinə daima önəm verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ