Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2020 14:06
ATƏT Minsk qrupunun zorakılığın qarşısının alınması məqsədilə qoşunların təmas xəttinə müşahidəçi qoyması məqsədəuyğun olar.
Sonxeber.net bildirir ki, bunu Trend-ə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri Riçard Hoqland Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sualı cavablandırarkən deyib.
"Əvvəlcə aydınlıq gətirim ki, mən yalnız istefada olan Amerika diplomatı kimi danışıram. Hökumətim və ya hazırda işlədiyim başqa bir qurum adından danışmıram. Münaqişənin həlli ilə bağlı yol xəritəsi artıq mövcuddur - xüsusilə Madrid prinsipləri və digər beynəlxalq planlar "masada"dır.
Hoqlandın sözlərinə görə, o, həmişə inanıb ki, əsl diplomatiya insanlar və münasibətlərdir:
"Güclü qərar qəbul edənlər üz-üzə gəldikdə və bir problemin qarşılıqlı məqbul bir həllini tapmaq üçün vicdanla işləyəndə, həqiqətən, bir həll yolu tapıla bilər. Bilirəm ki, əksər məsələlər ideologiyalar və bəzən isə kənar oyunçular tərəfindən mürəkkəbləşdirilir. Dediyim kimi, son qərar iştirakçı tərəflərin iradəsindən asılıdır".