Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2020 14:42
Braziliya "Vitoriya"sının futbolçusu Eronildo dos Santos Roşa karyerasını Azərbaycanda davam etdirə bilər.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 22 yaşlı hücumçu Azərbaycan Premyer Liqası klublarından biri ilə danışıqlar aparır. Bildirilib ki, razılıq əldə olunsa, o, 2020/2021 mövsümündə icarə əsasında ölkəmizdə oynayacaq.
Qeyd edək ki, Eronildo dos Santos Roşa 2015-ci ildə Braziliyanın U-17 yığmasında oynayıb. Onun "Vitoriya" ilə müqavilə müddəti 2021-ci ilin dekabrında başa çatır.